Milli komandalarımızın Avropa çempionatı üçün heyəti açıqlandı

13:41 - 12 Noyabr 2021

Bu gün Sloveniyanın Terme Kates şəhərində 2021-ci il şahmat üzrə qadınlar və kişilər arasında komanda çempionatı start götürəcəkdir.

 

Sportal.az xəbər verir ki, kişilər arasında keçirilən yarışda Avropanın 38 ölkəsi, qadınların yarışında isə 30 ölkəsinin komandaları mübarizəyə qoşulacaqlar. Ölkəmiz hər iki çempionatda təmsil olunacaq.

 

Çempionat İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaqdır.

 

Kişilərdən ibarət Milli komandamızın tərkibi:

1.Şəhriyar Məmmədyarov

2.Teymur Rəcəbov

3.Rauf Məmmədov

4.Nicat Abasov

5.Qədir Hüseynov

Eltac Səfərli-kapitan

 

Qadınlardan ibarət Milli komandamızın tərkibi:

1.Günay Məmmədzadə

2.Gülnar Məmmədova

3.Ülviyyə Fətəliyeva

4.Xanım Balacayeva

5.Gövhər Beydullayeva

Fikrət Sideifzadə-kapitan

 

Bu gün kişilərdən ibarət komandamız İtaliya yığması ilə, qadın şahmatçılarımız isə Türkiyə millisi ilə  qarşılaşacaq.

Xəbər xətti