Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli oldu

16:26 - 12 Noyabr 2021

“Çelsi”nin baş məşqçisi Tomas Tuhel İngiltərə Premyer Liqasının oktyabr ayının ən yaxşı baş məşqçisi seçilib.

Sportal.az xəbər verir ki, “zadəganlar” ötən ay oynadığı 4 matçda qalib gəlib.

​Belə ki, London klubu almaniyalı məşqçinin rəhbərliyi altında ötən ay “Sauthempton”(3:1), “Brentford”(1:0), “Norviç” (7:0), “Nyukasl”(3:0) klublarına qalib gəlib.

Xəbər xətti