"Qarabağ"ın futbolçusu oynadı, komandası qalib gəldi

10:26 - 14 Noyabr 2021

Kape Verde millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qrupda növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Patrik Andrade də bu oyunun iştirakçısı olub.

C qrupunda mübarizə aparan Andradenin formasını geyindiyi milli Mərkəzi Afrika Respublikasına 2:1 hesabı ilə qalib gəlib.

​“Qarabağ”ın üzvü 68-ci dəqiqədə meydana çıxıb və komandasının qələbəsində iştirak edib. 5 turdan sonra Patrikin komandası qrupda 2-ci yerdə qərarlaşıb. 

Xəbər xətti