“Beşiktaş” “Barselona”dan futbolçu almaq istəyir

10:40 - 14 Noyabr 2021

“Beşiktaş” Miralem Pyaniçi transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, “qara qartal”ın prezidenti Ahmet Nur Cebi də bosniyalı futbolçunun transfer vərəqəsinə sahib çıxmaq üçün çalışdıqlarını deyib:

“Pyaniç dünya səviyyəli futbolçudu. Onun transfer vərəqəsinə sahib çıxmaq istəyirik. Amma bu, bir çox məsələlərdən asılıdı. Edə bilməyəcəyim bir şeyi etmirəm. Necə olacağını zaman göstərəcək”.

​Bosniyalı hazırda "Beşiktaş"da icarə əsasında çıxış edir.

 

Xəbər xətti