“Leypziq”in yarımüdafiəçisi İlayş Moriba maraqlı addım atıb.
Sportal.az xəbər verir ki, o, Qvineya millisində oynamağa qərar verib.
Moriba İspaniya vətəndaşlığına sahibdi və bu yığmada oynamaq niyyətində olub.
Lakin ona millidən təklif gəlmədiyinə görə, Qvineya yığmasında oynamağa qərar verib.
18 yaşlı mərkəz yarımmüdafiəçisi “Barselona” yetirməsidi və bu il Almaniya klubuna keçib.
