Stiven Cerrardın “Aston Villa”ya keçdikdən sonra “Reyncers” baş məşqçi axtarışına çıxıb.
Sportal.az xəbər verir ki, Şotlandiya klubu bu posta Covanni Van Brankxorstu gətirmək istəyir. Artıq niderlandlı mütəxəssislə danışıqlar müsbət yekunlaşıb.
46 yaşlı mütəxəssis 1998-2001-ci illərdə Qlazqo klubunun futbolçusu olub.
