Azərbaycanlı qapıçının "Şlensk"ə keçidi niyə baş tutmadı?

11:55 - 14 Noyabr 2021

Azərbaycanlı qolkiper Şahin Zəkiyev bir müddətdir ki, Polşadadı.

Sportal.az xəbər verir ki, “Şlensk”in 2-ci komandasında baxışda olan qapıçının Vroxlax klubuna keçidi baş tutmayıb.

Buna səbəb futbolçunun orada ehtiyat qapıçı olmaq istəməməsidi. Saytımıza açıqlama verən Zəkiyev “Şlensk”ə keçidinin alınmaması haqda bu cür danışıb:

“Əslində keçidim baş tuta bilərdi, onlar qalmağımı istəyirdi. Sadəcə ehtiyat qapıçı olmağı təklif etdilər. Mən də bununla razı olmadım. Hər halda başqa komandada əsas qapıçılardan ola bilərəm. İndi başqa komandalarla da danışıq aparıram, ola bilər Polşanın başqa klubuna keçdim”

Xəbər xətti