PSJ-nin baş məşqçisi "Mançester Yunayted"ə doğru

13:13 - 14 Noyabr 2021

PSJ-nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasına qayıtmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, Paris klubunu yanvardan çalışdırmağa başlamış argentinalının müqaviləsi 2023-cü ildə başa çatacaq.

Onun “Mançester Yunayted”i çalışdıra biləcəyi ehtimal edilir.

Belə ki, Ule Qunner Sulşerin baş məşqçi postundan göndəriləcəyi və komandanı Poçettinonun çalışdıracağı gözlənilir. 

Xəbər xətti