Ukrayna yığmasının futbolçusu Azərbaycan millisində oynaya bilər

14:14 - 14 Noyabr 2021

"Minay"ın futbolçusu Eldar Quliyev Ukraynanın U-21 yığmasına dəvət alıb.

Sportal.az saytının məlumatına görə, Quliyev Ukrayna yığmasına dəvət alsa da, onun Azərbaycan yığmasında oynamaq ehtimalı yüksəkdi.

Belə ki, futbolçuya Azərbaycanın əsas millisində oynamaq təklifi edilib. Əvvəllər U-21 yığmamızda oynamaq təklifi edilsə də, o, bunu qəbul etməmişdi. İndi isə onun Azərbaycanın A millisində oynamaq məsləsi gündəmə gəlib. Futbolçu özü də Azərbaycanın əsas millisində oynamaq təklifini qəbul etmək niyyətindədi.

Xəbər xətti