Paytaxt klubu norveçli transfer edəcək

13:47 - 14 Noyabr 2021

Norveçin “Bodo Qlimt” klubunun hücumçusu Erik Boteym A seriyasında oynaya bilər.

Sportal.az xəbər verir ki, norveçli hücumçu ilə “Latsio” maraqlanmağa başlayıb. Forvard şəxsən Roma təmsilçisinin baş məşqçisi Maurisio Sarrinin diqqətini çəkib. Klub adıçəkilən hücumçunu Çiro İmmobile ilə rəqabəti artırması üçün dəvət etməyi planlaşdırır.

​Transferin qışda baş tutacağı ehtimal edilir. Norveçin “Lin” klubunun yetirməsi olan 21 yaşlı hücumçu “Rosenborq” və “Stabek”də oynadıqdan sonra bu il “Bodo Qlimt”ə keçib. 

Xəbər xətti