Dünya çempionatının 6 iştirakçısı məlumdur

16:44 - 14 Noyabr 2021

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanan komandaların sayı 5-ə çatıb.

 

Sportal.az xəbər verir ki, Avropa zonasından Belçika, Fransa, Almaniya və Danimarka milliləri mundiala vəsiqəni təmin ediblər. Cənubi Amerika zonasından isə Braziliyanın iştirakı dəqiqləşib.

 

Qətərin ev sahibi kimi mundialda iştirak edəcək. Turnir gələn 21 noyabr – 18 dekabr aralığında baş tutacaq.

Xəbər xətti