Azərbaycan milli komandasının forvardı Rüstəm Əhmədzadənin xidmətində Ukraynanın “Zarya” klubunun maraqlı olması barədə xəbər vermişdik.
Sportal.az xəbər verir ki, Əhmədzadənin Luqans klubunun maraq dairəsində olması Ukrayna mətbuatında da yer alıb. Ukraynalı həmkarlarımız millimizin forvardının “Zarya”ya keçib-keçməyəcəyi haqda “Minay”ın baş məşqçisi İqor Leonovu danışdırıblar.
Bu komandanın çalışdırıcısı isə məsələni etiraf etməsə də, təkzib də etməyib: “Hələ ki, heç bir danışıq yoxdu. Rüstəm milli komandanın düşərgəsindəydi. Ona görə hələ ki, təklif almamışıq. Nə mənə, nə də kluba zəng etməyiblər. Əgər mən nəsə bilsəydim, deyərdim. Dediyim kimi, hələ ki, təklif almamışıq”.
