Qadınların oyununda kişi futbolçı - QALMAQAL

11:27 - 15 Noyabr 2021

Qadın futbolçular arasında keçirilən Asiya Kubokunun İran – İordaniya görüşündən sonra qalmaqal yaşanıb. 

 

Sportal.az xəbər verir ki, penaltilərdə rəqibinə uduzun iordaniyalılar İran yığmasının qapıçısının kişi olduğunu iddia edib. 

 

Onlar bu barədə FİFA-ya şikayət də göndəriblər. 

 

İordaniya Futbol Federasiyası buna səbəb kimi penaltilər seriyasında İran yığmasının qapıçısının komandasına qələbə qazandırmasını göstərib. 

 

Federasiya rəsmilərindən biri açıqlama verərək FİFA-nı dərhal tədbir görməyə çağırıb: “Hər bir federasiyanın şübhəli halda şikayət etmək hüququ var. Biz də ali futbol qurumunu bu məsələni araşdırmağa çağırırıq”. 

 

Resim

Xəbər xətti