Rumıniya millisinin futbolçusu Enes Sali tarixə düşüb.
Sportal.az xəbər verir ki, türk əsilli vinger buna DÇ-2022-nin seçmə mərhələsinin Lixtenşteynlə matçında (2:0) nail olub. O, əsas milli komandada meydana çıxan ən gənc avropalı futbolçu olub. "Farul Constanța"nın oyunçusu 15 yaş 264 günündə millidə debüt edib.
Qeyd edək ki, daha əvvəl rekord Norveç millisinin üzvü Martin Edeqora (15 yaş 300 gün) məxsus idi.
saytlarin hazirlanmasi
