"Belçikada özümü xoşbəxt hiss edirəm. Karyeramı da yaxşı keçirirəm. "Halle Qoik" komandasına Çempionlar Liqasında elit-raunda çıxmasına kömək ola bildim. İşimiz də davam edir".
Bu sözləri Sportal.az saytına açıqlamasında futzal üzrə Azərbaycan milli komandasının üzvü Eduardo Borges deyib.
Milli komandamızın aparıcı üzvü hesab edilən Borges Avropa çempionatında İspaniya, Gürcüstan və Bosniya və Herseqovina millilərilə eyni qrupda aparacaq yığmamızın şansını dəyərləndirib:
"Qrupdakı vacib oyunumuz Gürcüstana qarşı olacaq. Onların heyətində braziliyalılar var və məncə, onlar da favoritdi. Gürcüstan millisi inkişaf edir. İstənilən halda biz də Azərbaycan millisi adına uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Biz oyunçular hər şeyi edəcəyik ki, Azərbaycanı layiqincə təmsil edək".
