“Barselona” və İspaniya millisinin futbolçusu Serxio Buskets DÇ-2022-nin seçmə mərhələsinin İsveç (1:0) üzərindəki qələbəsindən danışıb.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu bunları deyib: “İspaniya millisinin hər bir futbolçusuna görə şadam.
Dünya çempionatına vəsiqə qazandığımıza görə xoşbəxtəm. Komanda kimi çalışırıq və yaxşı işlər görürük. Təəssüf ki, hərdən layiq olduğumuz nəticələri qazanmırıq. Bizə inanan insanlar, uğur qazanmağımıza kömək oldu”.
