Azərbaycan Lüksemburqa qalib gəldo

23:30 - 16 Noyabr 2021

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.


Sportal.az xəbər verir ki, Elxan Abdullayevin komandası 8-ci qrupdakı 3-cü matçında Lüksemburq yığması ilə qarşılaşıb.

 

Vilts şəhərindəki "Poetz" stadionunda oynanılan görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bununla da qrupu 3-cü pillədə tamamlayan yığmamız turnirlə vidalaşıb.

 

16 noyabr

19 yaşadək futbolçular arasında AVRO-2022-nin seçmə mərhələsi

21:00. Lüksemburq – Azərbaycan – 0:2

Qollar: Mirmövsüm Canıyev, 23, Mehrac Baxşəli, 77


Beləliklə, ilk iki qarşılaşmada Belçika və İspaniyaya uduzan milli komanda bu qalibiyyət sayəsində qrupu 3-cü sırada başa vurub.

Xəbər xətti