"Albasete"dən ayrıldıqdan sonra klubsuz olan Azərbaycan milli komandasının üzvü Eddi İsrafilov özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, hazırda İspaniya 1-ci divizionunda (Sequnda) çıxış edən "Luqo" Eddi ilə anlaşıb.
Uzun müddətdir ki, Azərbaycan milli komandasına dəvət edilməyən İsrafilov mövsüm sonuna qədər bu komandada oynayacaq. 29 yaşlı yarımmüdafiəçi karyerası ərzinə “Mursiya”, “Qranada”, “Eybar”, “Kordoba”, “Kadiz”, “Ximnastik”, “Alkorkon” klublarında oynayıb.
