“Başakşəhir”in baş məşqçisi Emre Belezoğlu Rusiyada işləyə bilər.
Sportal.az xəbər verir ki, Türkiyə millisinin veteran futbolçusu özü bu barədə danışıb: “Maurisio Sarrinin rəhbərliyi altında təcrübə keçə bilərdim. Lakin hər şey çox sürətlə inkişaf etməyə başladı. Öncə, Türkiyə millisinin rəhbərliyi ilə görüşüm oldu.
“Başakşəhir”i çalışdırmağa başlayandan sonra isə Rusiya klublarından ciddi təklif aldım. Lakin “Başakşəhir”də qaldığıma görə, bütün təklifləri geri çevirdim. Bu klubu çalışdırdığıma görə şadam”.
saytlarin hazirlanmasi
