Neymar Argentinaya qarşı oynamayacaq

16:26 - 16 Noyabr 2021

Braziliya milli komandası DÇ-2022-nin Cənubi Amerika zonasının seçmə mərhələsində Argentina ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, "sambaçılar" bu oyuna ciddi itki ilə çıxacaq. Neymar zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Əzələ problemi ilə üzləşən 29 yaşlı hücumçu Argentinaya aparılmayıb.

 

Qeyd edək ki, Argentina – Braziliya matçı sabah, saat 03:30-da keçiriləcək.

Xəbər xətti