"Neftçi" afrikalı futbolçusunu göndərmək istəyir

16:39 - 16 Noyabr 2021

"Neftçi" seneqallı müdafiəçisi Mamadu Mbocla yollarını ayıra bilər. 

Sportal.az saytının məlumatına görə, "ağ-qaralar"ın heyətində daha çox tənqid olunan futbolçulardan olan Mbocla bu qışdan sonra komandaya lazım olmaya bilər.

Belə ki, klub qışda heyətini 1 təcrübəli müdafiəçi ilə gücləndirmək istəyir. Əlbəttə ki, bu Mbocla yolları ayırıb-ayırmamaqdan da asılı olacaq. Əgər onu göndərmək mümkün olsa, komandaya yeni müdafiəçi cəlb ediləcək.

Xəbər xətti