Norveçin baş məşqçisi: "Azərbaycan millisi oyuna nəzarəti ələ aldı"

11:13 - 17 Noyabr 2021

21 yaşlılardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra rəqib komandanın baş məşqçisi Leif Qunnar Smerud fikirlərini bildirib: 

 

“Bizim üçün yaxşı başlanğıc oldu. Çox vacib olan erkən qolu vurduq. Qoldan sonra da yaxşı mübarizə apardıq və bir neçə yaxşı fürsətlər yaratdıq. Buna baxmayaraq, birinci hissədə ikinci qolu vura bilmədik. Oyunun gedişində tempi artıra bilmədik və Azərbaycan millisi oyuna nəzarəti ələ aldı. Etiraf edim ki, oyunçularımızın çoxu öz normal səviyyələrinə uyğun oynamadı. Hər şeyə rəğmən Norveç layiq olduğu qələbəni qazandı”.

Xəbər xətti