Millidə zədələndi, 2 oyunu oynamayacaq

11:26 - 17 Noyabr 2021

“Yuventus” futbolçusu Federiko Bernardeski zədələnib.

Sportal.az xəbər verir ki, futbolçu İtaliya milli komandasının heyətində Belfastda DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı oyunda zədələnib. Müayinə sonrasında onun sağ budunun arxasında əzələ zədələnməsi aşkar edilib.

​Onun 10 gündən tez meydanlara qayıtmayacaq. Belədə, Bernardes A seriyasının “Latsio”, Çempionlar Liqasının isə “Çelsi” matçını buraxmalı olacaq.

Xəbər xətti