Lionel Messi: "Komandamız inkişaf edir"

12:21 - 17 Noyabr 2021

Argentina milli komandasının kapitanı Lionel Messi DÇ-2022-nin seçmə mərhələsinin Braziliya ilə oyunu barədə danışıb.

Sportal.az xəbər verir ki, Messi 0:0 hesabı ilə başa çatan oyunu bu cür dəyərləndirib:

"Oyun asan alınmadı. Daha çox güc sərf etməli olduq. Qalib gələcək durumda olduğumuza əmin idik. Amma bərabərlik də qəbulediləndi. Əsas odur ki, komandamız inkişaf edir".

Xəbər xətti