Türkiyə millisinin üzvü: "Pley-off mərhələsinə çıxdığımıza görə şadıq"

13:48 - 17 Noyabr 2021

Türkiyə milli komandasının futbolçusu Hakan Çalhanoğlu DÇ-2022-nin seçmə mərhələsinin Monteneqro ilə görüşü barədə danışıb.

Sportal.az xəbər verir ki, o, Türkiyənin 2:1 hesablı qələbəsilə başa çatan matç haqda bunları deyib: 

"Bəzən məğlub durumda olursan, amma əsas odur ki, təslim olmayasan. Hesabı 1:1 etdikdən sonra, dərhal 2-ci qolu vurmaq istəyirdik. Bu da bizdə alındı. Niderland - Norveç matçı bizi maraqlandırmırdı. Biz yalnız öz matçımıza köklənmişdik. Qalib gəlib, pley-off mərhələsinə çıxdığımıza görə şadıq".

Xəbər xətti