"Arsenal" və "Milan" portuqaliyalını istəyir

14:15 - 17 Noyabr 2021

Portuqaliya millisinin üzvü Renatu Sançeşə görə 2 klub mübarizəyə başlayıb.

Sportal.az xəbər verir ki, “Milan” və “Arsenal” yarımmüdafiəçini transfer etmək istəyir. London klubu 24 yaşlı futbolçu üçün yanvarda rəsmi təklif göndərəcək. “Milan” da transfer üçün hərəkətə keçib.

​Amma yayılan xəbərlərə görə, bu 2 klubun marağına baxmayaraq, “Lill”də oynayan futbolçu “Yuventus”a keçəcək. “Benfika” yetirməsi olan yarımmüdafiəçi “Bavariya” və “Suonsi”də oynadıqdan sonra 2019-cu ildə “Lill”ə keçib.

Xəbər xətti