Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe DÇ-2022-nin seçmə mərhələsində Finlandiyaya qarşı oynayıb.
Sportal.az xəbər verir ki, fransızların 2:0 hesablı qələbəsilə başa çatmış matç Mbappe üçün xüsusi olub. Belə ki, Kilian Finlandiyaya qarşı oynayaraq peşəkar səviyyədə 300-cü oyununa çıxıb.
Bu görüşdə o, 1 qol, 1 assistlə oynayıb. 300 matçda Mbappe 190 qol və 93 assistlə yadda qalıb.
