"Dünya çempionatına vəsiqə qazanmasaydıq, karyeramı başa vura bilərdim"

16:51 - 17 Noyabr 2021

Niderlandın baş məşqçisi Lui van Qal DÇ-2022-nin seçmə mərhələsinin Norveçlə oyunundan sonra danışıb.

Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis 2:0 hesablı qələbəni şərh edərkən deyib ki, komandası Qətərdə keçiriləcək Dünya çempionatına yollanmasaydı karyerasını başa vuracaqmış:

"Norveç üzərində qazanılan qələbə sayəsində qrupda 1-ci yeri tutduq. Məğlub olsaydıq 3-cü yerə tuta bilərdik. Hər zaman demişəm ki, milli komandada işləmək istəyirəm, klubda yox. Mənə təklif göndərən komandalar var idi.

Dünya çempionatına vəsiqə qazana bilməsəydik, bu, çox da əyləncəli olmazdı. Karyeramı başa vurmaq ehtimalım ola bilərdi". 

Xəbər xətti