Şəhidlərimizdən biri futbolçu olub

22:00 - 17 Noyabr 2021

Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Əlizadə Elmin Samir oğlu futbolçu olub.

 

Sportal.az xəbər verir ki, o, 2013-2016-cı illər ərzində  UGİM Mingəçevir komandasının tərkibində AFFA tərəfindən təşkil olunan liqaların iştirakçısı olub.

 

"Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik" - deyə bildirilib.

 

Ermənistanın son təxribatı nəticəsində Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.

Xəbər xətti