Premyer Liqa klubu almanı gətirir

10:47 - 18 Noyabr 2021

"Bavariya"nın futbolçusu Niklas Süle Münhendə qalmayacaq.

Sportal.az xəbər verir ki, o, rəhbərliyin ona etdiyi yeni müqavilə şərtlərilə anlaşmayıb.

26 yaşlı futbolçunun "Nyukasl"a keçəcəyi gözlənilir. O, "Bavariya" ilə müqaviləsi başa çatdıqdan sonra İngiltərəyə yollanacaq.

Cari mövsümdə Süle 17 oyunda meydana çıxıb və 1 assist edib.

Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır. 

Xəbər xətti