Kişilər Ermənistana, qadınlar İtaliyaya qarşı

11:43 - 18 Noyabr 2021

Sloveniyanın Çatej şəhərində təşkil olunan şahmat üzrə komandalarası Avropa çempionatında bu gün altıncı turun görüşləri keçiriləcək.

 

Sportal.az xəbər verir ki, 6-cı turda qadın şahmatçılarımız İtaliya, kişi şahmatçılarımız isə Ermənistan yığması ilə qarşılaşacaqlar.

 

5 turdan sonra qadınlardan ibarət komandamız 7 xalla ilk beşlikdədir. Kişilərdən ibarət komandamız isə 8 xalla liderlər qrupundadır.

 

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 31 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.

Xəbər xətti