“Milan” hücumçusu Zlatan İbrahimoviçlə müqavilə müddətini artırmaq istəyir.
Sportal.az xəbər verir ki, “rossonyerlər” isveçli forvarda yeni müqavilə təklif edib.
Belə ki, yeni şərtlərə əsasən İbrahimoviçin “Milan”la müqaviləsi 2023-cü ilə qədər olacaq. Yeni müqavilənin qışda imzalanacağı gözlənilir.
