Simeon Slavçev: "Qarabağ"dakılar çox peşəkar işləyirdi"

12:12 - 19 Noyabr 2021

“Levski”nin futbolçusu Simeon Slavçev “Qarabağ”dan hazırki klubuna keçidi barədə danışıb.

Sportal.az xəbər verir ki, bolqar futbolçu Sofiya təmsilçisi ilə "Qarabağ"ı da müqayisə edib:

“Qarabağ”dan “Levski”yə keçidimi geriyə addım hesab edirəmmi? Əmin idim ki, nə vaxtsa qayıdıb, “Levski” üçün oynayacam. Sadəcə, nə zaman olacağını bilmirdim. 7 illik legioner həyatından sonra Bolqarıstana erkən qayıtdım. Bu mənada geriyə addım hesab etmək olar. Bəlkə də komanda tam fərqli olsaydı, belə olmazdı, məndə hər şey qaydasında idi, zədəm yox idi".

Futbolçu daha çox harada yaxşı maaş qazanmasından da söz açıb: “Azərbaycanda vəziyyət yaxşı idi, hamıya vaxtında maaş verilirdi. “Qarabağ”daı insanlar çox peşəkar işləyirdi. Orada nəticələr də gözləyirdilər. Bazaya 11-də gedib, 8-də evə qayıdırdıq. Hətta əlavə məşqlər də edirdik.  Biz hər gün idman zalına gedirdik və hər gün səkkiz saat bazada olurduq. “Levski”də belə mentalitet, iş tərzi yoxdu. Hardasa, ÇSKA-da oxşar bir şey etməyə çalışırdı. Ancaq hələ də davam edirmi, bilmirəm.

“Qarabağ”da bu metodlar 8-9 ildir ki, nəticə verir, onlar Çempionlar Liqası və Avropa Liqasında oynayır, qruplara düşür. Orada 2 il oynadım və Avropa Liqasının qrup mərhələsində oynamışam. Uğur isə hər kəsin peşəkar səviyyədə işləyə bilməsilə bağlıdı. Yeni gələnləri isə çox diqqətlə seçirlər, məşqçinin bütün səlahiyyətləri var”.

Slavçev, özünü hansı komandada daha rahat hiss etdiyini də açıqlayıb: “Lexiya”nı xüsusi qeyd edərdim. Orada 2 il oynamışam. Komandanın azarkeşi çox idi. Yaxşı oynamışdım. “Qarabağ”da bu komandanın futbolunu çox bəyəndim. “Apollon”da az olsam da, oranı da bəyənirdim”.

Xəbər xətti