Azərbaycan Bolqarıstanla oynaya bilər

13:23 - 19 Noyabr 2021

Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşa bilər.

Sportal.az sportal.bg portalına istinadən xəbər verir ki, AFFA-nın vitse-prezidenti Rauf Əliyev Bolqarıstan Futbol İttifaqının vitse-prezidenti Mixail Kasabovla görüşüb.

​Bolqarıstana rəsmi səfər çərçivəsində baş tutan görüşdə 2 federasiyanın birgə fəaliyyəti və eləcə də müxtəlif yaş qrupları üzrə Azərbaycan və Bolqarıstan yığmalarının yoldaşlıq oyunlarının keçirilməsi məsələləri müzakirə olunub. Həm də hər 2 ölkədə uşaq futbolunun inkişafı müzakirə edilib. 

Xəbər xətti