Rusiyanın "Spartak" klubunun futbolçusu Kvinsi Promes adam öldürməyə təşəbbüs göstərdiyinə görə mühakimə olunacaq.
Sportal.az xəbər verir ki, niderlandlı hücumçu ötən ilin yayında təşkil edilən bir ailə məclisində qohumunu dizindən bıçaqlamaqda ittiham olunur. Məhkəmə prosesinin nə vaxt baş tutacağı məlum deyil.
Niderland prokurorluğu tərəfindən verilən açıqlamada 29 yaşlı forvardın bir nəfəri öldürməyə cəhd etmək cinayətindən mühakimə olunacağı bildirilib. Promes ötən ilin dekabrında "Ayaks"da oynayarkən bunla bağlı bir neçə gün həbsdə qalmışdı. Lakin futbolçu iddiaların yalan olduğunu demişdi.
Qeyd edək ki, Kvinsi Promes Niderland milli komandasının heyətində meydana çıxdığı 50 oyunda 7 qol vurub.
saytlarin hazirlanmasi
