AFFA Gəncə komandasını çempionatdan kənarlaşdırdı, Lənkəran təmsilçisinə xəbərdarlıq edildi

15:30 - 19 Noyabr 2021

Təhsil İdman Mərkəzinin (TİM) “Gəncə” komandası U-11 Liqasından kənarlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi komanda çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün Gəncə təmsilçisini yarışdan xaric edib. “Təbriz” TİM-lə görüşdə təyin olunan vaxtda oyuna gəlməyən komanda 3-cü dəfə buna yol verib.

 

Bu görüşdə TİM “Gəncə”yə 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərara alınıb. Komanda çempionatın  oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.

 

Coca-Cola U-13 Liqasının “Xan Lənkəran” – “Təhsil” (Lənkəran) oyununda qonaqlar təyin olunan vaxtda oyuna gəlmədiyi üçün ona 0:3 hesablı texniki məğlubiyyət verilir. Bu hal 3-cü dəfə təkrarlanarsa, TİM-in bu komandası da yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq olunub. ​​

Xəbər xətti