Millinin baş məşqçisi 15 il sonra istefaya göndərildi

13:23 - 20 Noyabr 2021

Uruqvay milli komandasının baş məşqçisi Oskar Tabares vəzifəsindən azad olunub.

 

Sportal.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 74 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Tabares 2006-cı ildən Uruqvay millisini çalışdırırdı.

 

Qeyd edək ki, Uruqvay DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında 14 turdan sonra 16 xalla 7-ci pillədədi,

Xəbər xətti