Futbol üzrə Qazaxıstan Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Kayrat" "Astana" ilə cavab matçına çıxıb. Almatı təmsilçisi doğma meydanda rəqibini 3:0 hesabı ilə məğlub edib. İlk qarşılaşmada da eyni hesabla qələbə qazanan "Kayrat" adını finala yazdırıb.
Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv həlledici oyunda "Tobol" - "Şaxtyor" (Karaqanda) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqası qrup mərhələsinin hər iki oyununda "Kayrat"ı 2:1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi
