“Mançester Yunayted”in qapıçısı David De Xea Premyer Liqanın 12-ci turu çərçivəsində “Uotford”a 1:4 hesablı məğlubiyyətindən sonra azarkeşlərdən üzr istəyib.
Sportal.az xəbər verir ki, ispaniyalı kiper uğursuz oyunu bu cür dəyərləndirib: “Deməyə söz yoxdu. “Mançester Yunayted”in oyununu izləmək asan deyildi. Bu isə qəbuledilməzdi. Məşqçini və ya heyəti günahlandırmaq asandı, amma bəzən futbolçular daha çox şey göstərməli olur.
İlk hissədə 4 qol buraxdıq. Kabusdan sonra kabus oldu. Oyunlardan da görmək olar ki, bu, çox aşağı səviyyədi. Bir daha azarkeşlərdən üzr istəyirəm. Bu “Mançester Yunayted” deyil, belə oynaya bilməzsən”.
