Kipr çempionatında 10-cu tur keçirilib.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Araz Abdullayevin formasını geyindiyi “Etnikos” növbəti matçına çıxıb.
Arazın komandası səfərdə “Pafos”la görüşüb. Görüş “Etnikos”un 0:3 hesablı məğlubiyyətilə başa çatıb. Abdullayev meydana 15-ci dəqiqədə çıxıb. “Etnikos” 2 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
