Azərbaycanlı qapıçı Polşada qaldı - FOTO

15:02 - 21 Noyabr 2021

"Şlensk"də baxışda olan, bəyənilsə də komandada qalmayan Şahin Zəkiyev Azərbaycana qayıtmayıb.

Sportal.az saytının məlumatına görə, kiperə Polşanın fərqli klublarından təkliflər olduğundan o, vətənə qayıtmağa tələsməyib.

Gənc çərçivə qoruyucusuna paytaxtın 2 klubu maraq göstərir.

Bir neçə gün sonra Zəkiyevin həmin klublardan birinin düşərgəsinə yollanacaq.

​Şərtlərdə razılıq əldə edilərsə, azərbaycanlı qapıçı Polşadakı legioner həyatına başlayacaq.

Xəbər xətti