"Omoniya"nın baş məşqçisi: "Qarabağ"la oyuna köklənmişik"

11:15 - 22 Noyabr 2021

"Omoniya"nın baş məşqçisi Henninq Berq Kipr Superliqasının 10-cu turu çərçivəsində "Aris"(3:0) üzərində qazanılan qələbədən sonra Konfrans Liqasının 5-ci turda "Qarabağ"a qarşı oynayacaqları görüş barədə danışıb.

Sportal.az xəbər verir ki, norveçli məşqçi Bakıda keçiriləcək qarşılaşma haqda bunları deyib:

"Qarşıda "Qarabağ"la matçımız var. Hansı ki, özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq. Heyətdə dəyişikliklər olacaq. Daha sonra isə APOEL oyununa çıxacağıq. Amma indi yalnız "Qarabağ"la oyuna köklənmişik".

Xəbər xətti