Fransalı növbəti dəfə "Mançester Yunayted"dən imtina etdi

11:45 - 22 Noyabr 2021

“Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidan “Mançester Yunayted”in təklifindən növbəti dəfə imtina edib.

Sportal.az xəbər verir ki, Madrid klubundan ayrıldıqdan sonra işsiz qalsa da, Zidan İngiltərəyə yollanmaq istəməyib.

Britaniya mətbuatı Zidanın İngiltərəyə yollanmamasını 2 səbəblə əsaslandırıb. Belə ki, o, hələ ingilis dilini yeni öyrənməyə başlayıb. İkinci səbəb isə ailəsinin Dumanlı Albiona yollanmaq istəməməsidi. 

Xəbər xətti