"Qarabağ"la oyunöncəsi "Omoniya"da daha 2 itki

13:11 - 22 Noyabr 2021

Kiprin "Omoniya" klubu Konfrans Liqasının 5-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna itkilərlə çıxa bilər.


Sportal.az xəbər verir ki, Nikosiya klubunun 2 futbolçusu Ektor Yuste Kipr çempionatının son turunun "Aris"lə görüşündə zədələnib. Onunla yanaşı Marko Şçepoviçin zədəsi də ciddidi. Serb forvardın da Bakıdakı görüşə gəlməsi sual altındadı. Bundan əvvəl isə "Omoniya"nın qapıçısı Fabiano zədələnərək sıradan çıxmışdı.


"Qarabağ" - "Omoniya" görüşü noyabrın 25-də Tofiq Bəhramov stadionunda 21:45-də start götürəcək.

Xəbər xətti