"Azərbaycanda "Qarabağ" və “Neftçi” çempionluq mübarizəsi aparır, burada 4-5 komanda çempion olmaq istəyir"

13:38 - 22 Noyabr 2021

"Sabah"ın sabiq futbolçusu Filip İvanoviç Sportal.az saytına açıqlama verib.

Hazırda Albaniyada "Teuta" klubunda çıxış edən müafiəçi bu klubdakı işlərindən danışıb. Bununla yanaşı "Sabah"ın çıxışı haqda fikirlərini söyləyib:

"Teuta"da işlərim qaydasında gedir. "Sabah"ın hazırki çıxışı ilə maraqlanıram. Son oyunlarda çox yaxşı görünürdü. Ümidvaram ki, zamanla onlar daha yaxşı olacaqlar. Murad Musayevin gəlişilə komandanın oyunu daha da yüksək olacaq".

"Albaniya və Azərbaycan çempionatının fərqi? Fərq ondandır ki, Azərbaycanda “Qarabağ” və “Neftçi” çempionluq mübarizəsi aparır. Burada isə 4-5 komanda çempion olmaq istəyir. İstənilən halda hər 2 liqa tələbkardı”. Hələ ki, Azərbaycandan təklif almamışam. Həm də axı hələ bura ilə müqaviləm bitməyib" - deyə, İvanoviç fikirlərini yekunlaşdırıb.

Xəbər xətti