"Qarabağ"ın kapitanı "Omoniya"ya qarşı oynayacaq?

16:40 - 22 Noyabr 2021

“Qarabağ”ın kapitanı Maksim Medvedevin Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Omoniya”ya qarşı matçda oynayıb-oynamayacağı dəqiqləşib.

Sportal.az xəbər verir ki, Premyer Liqasının 11-ci turu çərçivəsində “Keşlə”yə (1:0) qarşı keçirilən matçın 86-cı dəqiqəsində zədələnən futbolçu Bəhlul Mustafazadə ilə əvəzlənmişdi.

Lakin tibbi müayinədən sonra zədənin ciddi olmadığı məlum olub. Belədə, komandanın kapitanının “Omoniya” ilə görüşdə meydana çıxacağı ehtimal edilir.

​“Qarabağ” - “Omoniya” görüşü noyabrın 25-də Tofiq Bəhramov stadionunda saat 21:45-də keçiriləcək. 

Xəbər xətti