Konfrans Liqasının 5-ci turunda “Qarabağ”la qarşılaşacaq “Omoniya”da növbəti itki yaşanıb.
Sportal.az xəbər verir ki, Komor adaları millisinin heyətindən yeni qayıdan Fuad Başiru Ağdam klubu ilə görüşü buraxmalı olacaq. Belədə, komandada zədəlilərin sayı 4-ə çatıb. Ondan öncə Fabiano, Ektor Yuste və Marko Şçepoviçin Bakıdakı oyunda meydana çıxmayacağı dəqiqləşmişdi.
“Qarabağ” - “Omoniya” görüşü noyabrın 25-i 21:45-də Tofiq Bəhramov stadionunda keçiriləcək.
