"Bavariya"da 8 futbolçu oynamayacaq

11:57 - 23 Noyabr 2021

Çempionlar Liqasının 5-ci turu çərçivəsində "Dinamo" ilə qarşılaşacaq "Bavariya" matça itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi rəsmi saytında Dayo Upamekano, Niklas Züle, Yosip Stanişiç, Coşua Kimmix, Serj Qnabri, Erik Çupo-Motinq, Mikael Kyuizans və Camal Musialanın Kiyev klubuna qarşı görüşdə iştirak etməyəcəyi barədə xəbər verib.

Bu futbolçularla yanaşı Marsel Sabitzer və Kinqsli Komanın da oynayıb-oynamayacağı sual altındadı.

Xəbər xətti