"Hücumçunun işi qol vurmaqdı, mən də faydalı olmağa çalışıram"

12:56 - 23 Noyabr 2021

“Milli komandaların fasiləsindən sonra həmişə ağır olur oyunlar. Ancaq biz “Sumqayıt” matçına yaxşı hazırlaşmışdıq. Biz həm vacib, həm də layiqli qələbə qazandıq”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qəbələ”nin forvardı Ülvi İsgəndərov deyib.


Premyer Liqanın 11-ci turu çərçivəsində keçirilən “Qəbələ” - “Sumqayıt” görüşündə komandasının ilk qolunu vuran Ülvi həm oyun haqda danışıb, həm də komandasının növbəti turlardakı məqsədindən söz açıb:

“Hər oyunda qol vuracağıma inanıram. Bəzən alınır, bəzən yox. Hücumçunun işi qol vurmaqdı, mən də hər oyun komandama faydalı olmağa çalışıram. Yüksək yerlər üçün mübarizə aparmaq istəyirik. Lakin biz turnir cədvəlinə baxmırıq”.

​“Qarabağ”ın geniş heyəti var. Bizi onlara qarşı çətin oyun gözləyir. Onlara da avrokuboklarda uğurlar arzu edirəm” - deyə, İsgəndərov fikirlərini yekunlaşdırıb.

Xəbər xətti