“Mançester Yunayted” baş məşqçi postuna Maurisio Poçettinonu gətirmək istəyir.
Sportal.az xəbər verir ki, buna görə “qırmızı şeytanlar” PSJ-ə 12 milyon avro təzminat ödəyəcək. Amma bu, mövsümün gedişində baş tutarsa, təzminat 2 qat olacaq.
Poçettinonun PSJ ilə 2023-cü ilə qədər müqaviləsi qüvvədədi.
